Cinas

'Cinas formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır.Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsi ilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi. Bu beytin birinci misrasında xali sözü "ayrı, uzaq", ikincidə isə "xal" mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq həriflə sınır: Burada üç tərkibli cinas ikinci misradakı artıq "a" səsi ilə sınmış olur. Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır. Xalq poeziyasında cinaslı qoşmanın məna, forma baxımından çoxlu növləri fərqləndirilir. Cinaslı qoşmada dil baxımından yazılı ədəbiyyata, klassik şeirə bağlılıq qüvvətli olur. Çoxlu cinaslar yaratmaq üçün hətta Aşıq Ələsgər kimi bir sənətkar da ərəb və fars sözlərindən qafiyə kimi geniş istifadə etmişdir. Ələsgərdə cığalı, dodaqdəyməz, dodaqdəyməz cığalı, müstəzad təcnis kimi cinas növləri işlənmişdir.