Dassault Rafale

Rafale
Rafale - RIAT 2009 (3751416421).jpg
Tipi Çoxməqsədli qırıcı
Hazırlayan Dassault Aviation
İstehsalçı Fransa Dassault Aviation
İlk uçuş 4 iyul 1986 (Rafale A)
19 may 1991 (Rafale C)
İstismara verilmə tarixi 18 may 2001
Status İstismarı davam edir
İstismarçılar Fransa Hərbi Hava Qüvvələri
Fransa Hərbi Dəniz Qüvvələri
Misir Hərbi Hava Qüvvələri
İstehsal ili 1986 - davam edir
Buraxılış sayı 160 (2017-ci ilin iyul ayı)[1][2][3]
Hazırlanma dəyəri 62.7 milyard $
Vahidinin qiyməti Rafale B: 74 milyon avro
Rafale C: 68.8 milyon avro
Rafale M: 79 milyon avro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dassault Rafale (fr. Dassault Rafale, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı.

İlk uçuşunu 4 iyul 1986-cı ildə keçirib. Fransanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə müvafiq olaraq 2004-cü və 2006-ci illərdə qəbul olunub.

2009-cu ildə Fransanın müdafiə nazirliyi əlavə olaraq 60 qırıcı sifariş vermişdir. Dassault şirkətinin Rafale təyyarəsi Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Bu bütünlüklə - silahlanma, mühhərik, avionika və öz istehsalı baxımından fransız layihəsidir.

Hal-hazırda Rafale, amerikan və hər hansı başqa xarici yardım olmadan Avropa ölkəsi tərəfindən yaradılan sonuncu təyyarə sayılır. İlk dəfə hərbi tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatı gedişində keçirilib. Eləcə də bu təyyarələr 2011-ci ilin martından etibarən NATO hərbi blokunun Liviyada Müəmmər Qəzzafiyə qarşı əməliyatlarında istifadə olunub. 7 dekabr 2011-ci ildə Fransanın Müdafiə naziri Jerar Lonqe bəyan etdi ki, (şirkət Fransa HHQ üçün 180 təyyarəlik sifarişi yerinə yetirəndən sonra) əgər qırıcıya xarici sifarişlər olmasa, Rafalın istehsalı dayandırılacaq.

Lakin, 2012-ci ilin yanvarında MRCA, Hindistan HHQ üçün 126 ədəd çoxməqsədli qırıcı sifariş tenderini udması, iri ixrac sifarişini təmin etdi və təyyarəni istehsaldan çıxarılmasından qurtardı.

2018-ci ilə qədər təyyarənin silah və avionika sisteminin yenilənəcəyi gözlənilir.[4]

  1. https://www.dassault-aviation.com/wp-content/blogs.dir/2/files/2017/07/Dassault-Aviation-Press-Conf-July-26-2017.pdf
  2. http://www.dassault-aviation.com/wp-content/blogs.dir/2/files/2017/03/conf-de-presse-8-mars-v060317-EN.pdf
  3. "Press Conference – July, 21st 2016 : Éric TRAPPIER, Chairman & CEO" (PDF). Dassault-aviation.com. İstifadə tarixi: 14 dekabr 2017.
  4. "RAFALE "F3 R" standard launched". Dassault Aviation. 10 yanvar 2014. 13 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.