Fasad

Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi.

Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır.

Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir.

Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.[1][2]

  1. Mülki və sənaye binalarının memarlığı. H.Q.Hüseynzadə. Bakı 1980.
  2. “Memarlıq layihələndirilməsi” Tosunova, Moskva, 1981.