Muzalar

Muzalar və ya müzlər (yun. Μοῦσα - düşüncəlilər) - qədim yunan mifologiyasına görə Zevs və Mnemosinain Parnasda yaşayan qızları olub, elm, poeziya və incəsənətin tanrıcaları sayılırdılar. "Musiqi" sözü bu sözdən törəmişdir. "İliada" və "Odisseya"da ilk dəfə söz açılan muzalar sayca doqquz olmuşlar. Əsasən Zevsin qızları kimi tanınsalar da, bəzən onları Harmoniyanın qızları kimi də qələmə verirlər. Muzalar öz Muzeyon (ondan "muzey" sözü meydana gəlmişdir) adlanan məbədlərinə malik olmuşlar.