Orqanizm

Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıqbiologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir[1]. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz).[2] Biologiyanın əsas predmetidir.

  1. https://en.oxforddictionaries.com/definition/organism[ölü keçid]
  2. Babayev et al, Biologiya Lüğəti, 2011