IS-LM modeli

Əsas makroiqtisadi modellərdən biri də IS-LM modelidir. IS-LM modeli faiz dərəcəsinin və istehsalın həcminin əmtəə və pul bazarlarındakı tarazlığını əks etdirir.[1]

Bu modelin adı 2 əsas iqtisadi tarazlığın birləşməsindən əmələ gəlir: İqtisadiyyatdakı investisiyalar (I) yığıma (S), pula olan tələb(L) isə pul təklifinə (M) bərabər olmalıdır. Bu model əmtəə və pul bazarlarının tarazlıqda olduğunu göstərir.[2]

IS-LM modeli 1937-ci ildə nobel mükafatı laureatı Con Hiks tərəfindən yaradılıb. O,Con Menyard Keynsin 1936-cı ildə yazdığı "Məşğulluğun, Faizin və Pulun Ümumi Nəzəriyyəsi" kitabındakı fikirləri grafik olaraq təsvir edib.[3]

"IS" əyrisində investisiya (faiz dərəcəsi kimi verilən) yığıma (istehsal kimi verilən) bərabərdir. Əmtəə bazarında faiz dərəcəsi və istehsal arasında tərs-mütənasiblik olduğundan "IS" əyrisi aşağı meyillidir. Çünki, istehsal artdıqca daha çox pul yığıma yönəlir, investisiyaların yığıma bərabər olması üçün faiz dərəcəsi aşağı düşür.

Pul bazarında faiz dərəcəsi və istehsal düz mütənasib olduğu üçün "LM" əyrisi isə yuxarı meyllidir. Çünki, istehsal artdıqca pula olan tələb artır və bu da faiz dərəcəsin artırır.[4].

  1. Durlauf, Steven N.; Hester, Donald D. (2008). "IS–LM". In Durlauf, Lawrence E.; Blume. The New Palgrave Dictionary of Economics (Second ed.). Palgrave Macmillan. Retrieved 5 June 2012
  2. Andrew B. Abel , Ben S. Bernanke, Dean Croushore. Macroeconomics, 6th ed. səh 310
  3. Andrew B. Abel. 2008. səh 310
  4. Peston, Maurice (2002). "IS-LM model: closed economy". In Snowdon, Brian; Vane, Howard R. An Encyclopedia of Macroeconomics. Edward Elgar. Peston 2002, p. 387